Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni mətbuat katibi gətirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni mətbuat katibi gətirildi

24 Sentyabr 2016, 10:19

Təhsil Nazirliyində kadr dəyişikliyi olub.

 

Modern.az-ın Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun əməkdaşı Bəşarət Məmmədova yeni vəzifə verilib.

 

O, Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.

 

Təyinat təhsil naziri Mikayıl Cabbarovun imzaladığı müvafiq əmrlə baş tutub.

 

Əmrə əsasən, Bakı Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva səhhəti ilə əlaqədar məzuniyyətə göndərilib.

 

Bəşarət Məmmədovun yeni vəzifəsinin icrasına gələn həftənin ikinci günü- 27 sentyabrdan başlayacağı gözlənilir.

 

 

Ağa AKİFOĞLU


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi