Modern.az

Dağıstanda 3 silahlı öldürüldü

Dağıstanda 3 silahlı öldürüldü

Aktual

24 Sentyabr 2016, 11:00

Dağıstanın Tabasaran rayonunda 3 silahlı öldürülüb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanlarından bildirilib.

 

Məlumata görə, sentyabrın 24-də gecə saatlarında polislər "Lada Kalina" markalı avtomobili yoxlamaq üçün saxlamağa cəhd göstərib. Bu zaman avtomobildən odlu silahdan atəş açılıb, cavab tədbiri nəticəsində maşındakılar zərərsizləşdirilib.

 

Xəbərdə bildirilib ki, avtomobil yandığından onların şəxsiyyətləri hələ də müəyyənləşdirilməyib.

 

 

    Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar