Modern.az

Rüstəm Xəlilov:“Referendum Azərbaycan üçün yeni perspektivlər açacaq”

Rüstəm Xəlilov:“Referendum Azərbaycan üçün yeni perspektivlər açacaq”

24 Sentyabr 2016, 11:27

Sabirabad rayonunda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı  seçicilərlə növbəti görüşü keçirilib.

 

YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev bildirdi ki, bu dəyişiklik  cəmiyyətdən gələn sosial sifarişdir. Ona görə də xalqımız bu dəyişikliklərə yekdillikə səs verəcəkdir.

 

Görüşdə çıxış edən Milli Məclisin deputatı Rüstəm Xəliov bildirdi ki, bazar iqtisadiyyatı şəraitində insan ləyaqətinin uca tutulması, ona hörmətin konstitusion norma kimi təsbit edilməsi, dövlətin bununla bağlı üzərinə öhdəliklər götürməsi, son dərəcə təqdirəlayiqdir. Bununla Azərbaycanda insan ləyaqəti Konstitusiya prinsipi halına gətirilir. Təklif olunan maddə ilə insan ləyaqətinin qorunması toxunulmaz fundamental hüquqların siyahısına daxil edilir. 

 


Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini birmənalı şəkildə ifadə etdilər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır