Modern.az

AKP sədrinin müavini: “Partiyanın 619 üzvü fətullahçılarla əlaqədə olub”

AKP sədrinin müavini: “Partiyanın 619 üzvü fətullahçılarla əlaqədə olub”

Aktual

24 Sentyabr 2016, 11:43

Ədalət və İnkişaf Partiyasının (AKP) 619 üzvünün Fətullahçılarla əlaqədə olduğu müəyyən olunub.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bunu AKP sədrinin təşkilati məsələlər üzrə müavini Mustafa Ataş deyib.

 

O bildirib ki, iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra həmkarlar, banklar, sosial müdafiə qurumlarında 519 partiyanın rayon təşkilatlarında isə 100 nəfərin Fətullahçılarla əlaqəsi olduğu müəyyənləşib.

 

M.Ataş deyib ki, AKP-nin 10 milyon üzvü var və onların arasında FETÖ-yə rəğbəti olanların da mövcudluğu mümkündür.

 

Sədr müavini FETÖ ilə əlaqəsi olanların aşkarlanaraq partiyadan çıxarıldığını vurğulayıb. 

 

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!