Modern.az

Naxçıvanda FACİƏ: maşın 2 qardaşı vuraraq öldürdü

Naxçıvanda FACİƏ: maşın 2 qardaşı vuraraq öldürdü

24 Sentyabr 2016, 12:20

Naxçıvan Muxtar Respublikasında (MR) iki qardaşı avtomobil vuraraq öldürüb.

 

Modern.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına isitnadən verdiyi məlumata görə, sentyabrın 23-də saat 19 radələrində Naxçıvan MR Kəngərli rayonunun Xök kəndində rayon sakini Təbriz Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakinləri Rəmzi Seyidovu və qardaşı Səbrini vurub. Xəstəxanaya yerləşdirilmiş piyadalar orada ölüblər.

 

Naxçıvan MR DİN Dövlət Yol Polisi İdarəsi (DYPİ) tərəfindən araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!