Modern.az

Koreyanın tanınmış tibb alimləri Tibb Universitetində - FOTOLAR

Koreyanın tanınmış tibb alimləri Tibb Universitetində - FOTOLAR

24 Sentyabr 2016, 13:09

Cənubi Koreyanın tanınmış alimləri, Tibbi Liderlər Kooporasiyasının (MLC) geniş tərkibli nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin qonağı olub. ATU-dan Modern.az-a verilən məlumata görə, Koorporasiyanın prezidenti, professor Duck-Jong Hanın rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinin universitetin rektoru, professor Gəray Gəraybəyli ilə görüşləri baş tutub.

Görüşdə rektor G.Gəraybəyli rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. ATU-nun Azərbaycanda yeganə tibb təhsili verən ali qurum olduğu qeyd edilib. 1930-cu ildən müstəqil universitet kimi fəaliyyətdə olan Tibb Universitetinin hazırda 8000-ə yaxın tələbə və rezidenti var ki, onlar arasında 1000-dən çox xarici tələbədir.

Rektor, professor Gəray Gəraybəyli həmçinin ATU-nun müasir tibb avadanlıqları ilə təchiz olunmuş 4 klinikasının fəaliyyət göstərdiyini, burada həm tədris prosesinin həyata keçirildiyini, həm də əhaliyə keyfiyyətli tibb xidməti göstərildiyini bildirib.

Orqan nəqli üzrə dünya şöhrətli alim, transplantoloq, MLC-nin prezidenti professor Duck-Jong Han dəvət üçün ATU rəhbərliyinə təşəkkür edərək səfərin məqsədləri haqqında məlumat verib. Qeyd edib ki, Koreya Tibbi Liderlər Koorporasiyası Azərbaycandan olan professor-həkimlərlə əməkdaşlığın qurulmasında çox maraqlıdır.

Qeyd edək ki, Koreyadan gələn nümayəndə heyətinə transplantoloq, MLC-nin prezidenti Seuldakı Asan Klinikasının professoru, professor Duck-Jong Han, Koreya Mərkəzi və Cənubi Amerika Assosiasiyasının sədr müavini Soong Chull Shin, MLC-nin baş katibi Sang Min An daxildirlər.

Qonaqlar ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikasını gəziblər, klinikanın müxtəlif şöbələri, o cümlədən Tədris Treyninq Mərkəzindəki simulyasiya otaqları ilə tanış olublar. Mərkəzin şöbə müdiri, tibb elmlər namizədi, Dos.Dr. Qorxmaz Əhmədov qeyd edib ki, simulyasiya otaqları tələbə, həkim-rezidentlər üçün nəzərdə tutulub və dünya standartlarına uyğun ən müasir avadanlıqla təchiz olunub.
ATU-nun Tədris  Cərrahiyyə Klinikasında Koreyadan olan alimlərin iştirakı ilə toplantı da baş tutub.  Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev son illər Koreya ilə Azərbaycan dövlətləri arasında əməkdaşlığın daha da gücləndiyini qeyd edib: “Son illər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr yaradılıb. Səhiyyə sahəsində də mühüm addımlar atılıb. Hətta 2007-ci ildə Koreyadan gələn həkim briqadası Qəbələdə olmuş və öz təcrübələrini bizim həkimlərlə bölüşmüşdülər. Ümid edirəm ki, aramızdaki körpü daimi olacaq”. Öz Öz növbəsində professor Duck-Jong Han Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək Seulda fəaliyyət göstərən Asan klinikasının fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, Koreyada ilk dəfə 1992-ci ildə vəfat etmiş şəxsdən mədəaltı vəz və böyrək köçürülməsi əməliyyatı həyata keçirilib. Asan tibb mərkəzi 2000-ci ildə 1000-ci böyrək köçürülmə əməliyyatını icra edib.

Daha sonra professor Duck-Jong Han “Böyrək və pankreasın köçürülməsi ” mövzusu üzrə maraqlı mühazirə ilə ATU tələbələri və rezidentləri qarşısında çıxış edib. Qeyd edib ki, indiyədək 4000 böyrək, 300 mədəaltı vəz transplantasiyası həyata keçirilib. Koreyada ən kiçik donor 4 aylıq, ən yaşlısı isə 80 yaşında olub. 

Mühazirədən sonra koreyalı professor tədbir iştirakçılarının suallarını cavablandırıb. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir