Modern.az

İkinci dəfə hacı olmaq istəyənlərin NƏZƏRİNƏ: Əlavə 530 dollar ödəyəcəksiniz

İkinci dəfə hacı olmaq istəyənlərin NƏZƏRİNƏ: Əlavə 530 dollar ödəyəcəksiniz

24 Sentyabr 2016, 14:14

Səudiyyə Ərəbistanına Həcc və Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə 530 dollar ödəməli olacaqlar.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hicri-qəməri təqvimi ilə 1438-ci ilin məhərrəm ayının 1-dən etibarən ikinci dəfə Həcc ziyarətinə gedəcək olanlardan əlavə pul alınmasını nəzərdə tutan sənəd təsdiqlənməsi üçün ölkə kralı Salman Əbdüləzizə təqdim edilib.

 

Səudiyyə Ərəbistanının Hicaz bölgəsinin mehmanxana və ticarət obyektlərinin sahibləri qərar təsdiq ediləcəyi təqdirdə müştərilərini itirəcəklərini bildiriblər.

 

Yerli mehmanxana sahibləri isə bu qərarla xeyli müştəri itirəcəklərini deyib.

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir