Modern.az

Xətaidə yaşayış binasında yanğın olub

Xətaidə yaşayış binasında yanğın olub

Aktual

24 Sentyabr 2016, 14:33

Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 m² sahədə mətbəx mebeli, havatəmizləyici və qaz sobası yanıb.

 

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir