Modern.az

Deputatlar AŞPA-nın iclasında iştirak üçün Strasburqa yola düşdü

Deputatlar AŞPA-nın iclasında iştirak üçün Strasburqa yola düşdü

Aktual

24 Sentyabr 2016, 17:07

Milli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İslandiya və Fransada keçiriləcək komitə iclaslarında iştirak edəcək.

 

Parlamentdən Modern.az-a verilən məlumata görə, Sabir Hacıyev AŞPA-nın Siyasi məsələlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 25-də İslandiyanın paytaxtı Reykyavikə səfər edəcək.

 

İclasda İŞİD terror qruplaşmasının maliyyələşməsi, Livanda vəziyyət, Avropada regional təhlükəsizlik üçün risklər, Qırğız Parlamenti ilə demokratiya naminə əməkdaşlığın inkişaf etdirilməsi və digər mövzularda müzakirələr aparılacaq.

 

Deputat müzakirə olunan məsələlər barədə öz fikirlərini açıqlayacaq. Səfər sentyabrın 27-də başa çatacaq.

 

Sevinc Fətəliyeva isə AŞPA çərçivəsində keçiriləcək tədbirlə əlaqədar sentyabrın 27-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

 

Millət vəkili Uşaq hüquqları məsələləri üzrə müvəqqəti komitənin birinci iclasında iştirak edəcək, yığıncaqda qaldırılan məsələlərə münasibət bildirəcək.

 

Səfər sentyabrın 30-da başa çatacaq.

 

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!