Modern.az

Sentyabr ayının pensiyaları qrafikdən əvvəl verilib

Sentyabr ayının pensiyaları qrafikdən əvvəl verilib

24 Sentyabr 2016, 18:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.

 

Modern.az-ın xəbərinə görə, bunu nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elman Babayev məlumat yayıb.

 

Məlumata görə, Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə sentyabr ayının 10-u, respublikanın digər rayon və şəhərləri üzrə isə sentyabr ayının 20-i tarixində tam yekunlaşıb.

 

Şöbə rəisi qeyd edib ki, ümumiyyətlə, il ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

 

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır