Modern.az

Qondarma respublikada çevrilişə cəhd edən özünü öldürdü

Qondarma respublikada çevrilişə cəhd edən özünü öldürdü

24 Sentyabr 2016, 20:02

Rusiyanın dəstəyi ilə Ukraynada qondarma “Luqansk Xalq Respublikası” elan edən separatçı rejimin rəhbərinin müşaviri Qennadi Tsıpkalov intihar edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, qondarma respublikada çevrilişə cəhdə görə tutulub.

 

Tsıpkalov bu gün dindirlməli idi. O, sentyabrın 23-də axşam saatlarında özünü asıb.

Çevriliş cəhdinə görə ondan başqa qondarma rejimin xalq polisinin rəhbəri Kiselyov da saxlanılıb.

Sentyabrın 20-də İqor Plotnitski qondarma respublikada çevriliş cəhdinin qarşısının alındığı ilə bağlı bəyanatla çıxış edib. Çevrilişi “Kiyev rejimi”nin təşkil etdiyi iddia olunurdu.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir