Şəmkir şəhər sakini, 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Modern.az saytı xəbər verir ki, virtualaz.org-un məlumatına görə, dərhal əməliyyat edilən gəncin vəziyyəti orta ağır qiymətləndirilir.
Onun kim tərəfindən və harda bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Modern.az