Modern.az

Masallıda şəhid ailəsi üçün fərdi ev tikilib

Masallıda şəhid ailəsi üçün fərdi ev tikilib

24 Sentyabr 2016, 21:24

Masallı rayonunun Güllütəpə kəndində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Firdovsi Bağırzadənin ailəsi üçün fərdi ev tikilib. Modern.az saytı xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, bu gün  evin açarlarının təqdimetmə mərasimi keçirilib.

 

Tədbirdə çıxış edənlər şəhid ailələrinin sosial rifah halının yaxşılaşdırılması, xüsusən yeni mənzillərlə təmin olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. 

 

Masallı RİH-nin başçısı Rafil Hüseynov isə çıxışı zamanı şəhid ailəsi üçün təzə evin ərsəyə gəlməsində xidməti olan sahibkarlara və binanın tikintisində çalışan inşaatçılara təşəkkürünü bildirərək, evin açarlarını şəhidin anasına təqdim edib.

 

Qeyd edək ki, iki mərtəbəli  evin bütün otaqları yaşayış üçün lazım olan zəruri avadanlıqlarla təchiz olunub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?