Modern.az

Göyçayda minik maşını yük avtomobili ilə toqquşub  

Göyçayda minik maşını yük avtomobili ilə toqquşub   

24 Sentyabr 2016, 23:48

Göyçay rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb. Məlumata görə, Göyçayın Hacalıkənd kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Elçin Əfqan oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn “SHACMAN” markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Elçin Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi