Modern.az

Əlcəzairdə iki qatar toqquşdu: 40 yaralı

Əlcəzairdə iki qatar toqquşdu: 40 yaralı

25 Sentyabr 2016, 00:15

Əlcəzairin şimalında iki dəmiryolu qatarı toqquşub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 40 nəfər xəsarət alıb.

Məlumata görə, insident Bumerdes şəhərində baş verib. Milli dəmiryol şirkətindən qeyd olunub ki, bir istiqamətdə hərəkət edən iki sərnişin qatarı toqquşub.

Məlumata görə, iki nəfər hələ də qatarlardan çıxarılmayıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir