Modern.az

Xərçəng xəstəliyinə qarşı peyvənd tapılıb

Xərçəng xəstəliyinə qarşı peyvənd tapılıb

25 Sentyabr 2016, 00:31

Kubalı alim doktor Kamlio Rodrigez xərçəng xəstəliyinə qarşı peyvənd tapdığını iddia edib. Modern.az saytı xəbər verir ki, Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Kamilo Rodrigez bu ixtirasından ötrü beynəlxalq dərman inhisarçıları tərəfindən təzyiqlərə məruz qaldığını, hətta təhdid edildiyini söyləyib.

 

Xəbərdə qeyd olunur ki, kubalı alimlərin ağciyər xərçəngi əleyhinə qarşı əldə etdikləri nailiyyətlər bütün dünya, o cümlədən Türkiyə tərəfindən diqqətlə izlənilir.

 

Kubalı alimin ağciyər xərçənginə qarşı gəliştiridiyi ”Cimavax” adlı dərman bir il ömür kəsilən xəstələrin həyatını illərcə uzada bilir. Cimavax xərçəngin tam qarşısını almasa da xəstələrin uzun illərcə yaşamasına imkan verir.

 

Adı peyvənd olsa da, bu dərman insan bədənini hər hansı yoluxucu xəstəlikdən qorumur. Bu peyvənd bədəndəki şişləri kiçildir. Peyvənd xərçəng hüceyrələrinin də yayılmasının qarşısını alır.

 

Bununla belə, kubalı alim bir çox bir çox səhiyyə quruluşunun, xüsusilə ABŞ-ın iri dərman holdinqlərinin əleyhinə qaralama kampaniyası yürütdüyünü bildirib.

 

Dr. Kamilo Rodrigez bu kimi təhdidlərə boyun əyməyəcəyini, peyvəndin bütün dünyada sadəcə 1 dollara satılacağına nail olacağını söyləyib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir