Modern.az

Müstəqillik, yoxsa  “İsgəndər” bayrami?

Müstəqillik, yoxsa  “İsgəndər” bayrami?

25 Sentyabr 2016, 00:46

Ermənistanda keçırilən hərbi paradın məqsədi istər əhali, istərsə də siyasətçilər tərəfindən müxtəlif müzakirələrin mövzusuna çevrilib. Bəziləri bunu hərbi şou adlandırır, bəziləri Azərbaycana qarşı hədə-qorxu, bəziləri isə ölkə prezidentinin öz laxlamış hakimiyyətini möhkəmləndirmək cəhdi. Əksəriyyət isə bunu müstəqillik bayramı kimi yox, “İsgəndər”bayramı kimi qiymətləndirir. Erməni mətbuatında yazılan şərhlərin əksəriyyəti bunun da Rusiyanın bir oyunu olduğunu yazırlar.

“QALA”.am saytı yazır: “Bu bayram paradı insanlarda elə bir təəssürat yaratdi ki, sanki biz hamımız “İsgəndər”dən asılıyıq. “İsgəndər” varsa biz də varıq, “İsgəndər yoxsa biz də yoxuq. Bunu həm də insanların bir qurtum suya ehtiyacı olduğuna da bənzətmək olar.”

Siyasətçilər arasında da müxtəlif fikirlər söyləyənlər oldu. Hələ də insanları maraqlandıran əsas suallardan biri də odur ki, Ermənistan “İsgəndər” silahını necə əldə edib?

 

Məsələyə aydınlıq gətirmək üçün erməni  siyasi şərhçısi Ara Harutyunyan öz müsahibəsində  deyir: “Dövlətin cəsarəti çatmadı ki, Qarabağı Ermənistanın bir hissəsi kimi elan etsin. Bəs Azərbaycana qarçı “İsgəndər” silahını tətbiq etməyə necə cəsarət edəcək?”. O, çıxışına əlavə edərək bildirmişdir ki, belə silahları peyk və ya yüksək səviyyəli pilotsuz təyyarələr olmadan hədəfə çatdırmaq mümkün deyil. Azərbaycanda bunlar var. Ermənistanda isə heç biri yoxdur. “İsgəndər” məsələsi çox böyük senarisi əsasında qurulsa da, Ermənistana aid heç bir əlaqəsi olmayan məsələdir.

Ara Harutyunyan bu məsələyə aydınlıq gətirərək bildirmişdir: “ Rusiya “İsgəndər” silahını Suriya münaqişəsi zamanı Gümrü hərbi bazasına yerləşdirdi. Məsələ ondadır ki, Rus raketlərinin Xəzər dənizindən Syriyanı vurması bir sıra problemlər yaratmışdı. Buna görə də rus raketlərinin sərbəst buraxılması üçün yeni ərazi lazım idi. Hətta Nazarbayev və Türkmənistan prezidenti də V.Putini başa saldılar ki, Suriyaya tərəf Xəzər dənizindən raketlərin atılması onları narahat edir.    

Məhz bundan sonra tez bir zamanda Rusiyanın tələbi ilə Rusiya – Ermənistan arasında hava hücumunda müdafiə haqqında saziş bağlandı. Həmin sazişə əsasən ruslar dəyəri 120 milyon dollar olan uzun mənzilli, yüksək dəqiqliyi ilə məşhur olan “İsgəndər” raketlərini Ermənistanda yerləşdirməyə başladı.

Bu sistem Ermənistanın deyil. Olsaydı da belə, bu Ermənistan üçün metal parçası olardı. Ona görə ki, onun istifadəsi üçün Ermənistanda geriqayıdan peyk əlaqələri yaradan qurğular yoxdur. Hətta  Azərbaycanla mümkün olacaq müharibə olarsa bu raketin hədəfləri necə vura biləcəyi bəlli deyil. Ayrılıqda bir raketin qiyməti 4 milyon dollara yaxındır. Bununla Azərbaycanda nəyisə vurmaq mümkündürmü?

Belə bir ruhlandırıcı fonda “İsgəndər”i üzə çıxarıb onunla kiməsə meydan oxumaq ən azından gülüncdür. Əlbəttə, “İsgəndər”in Gümrü hərbi bazasında  olması Azərbaycan və Türkiyə üçün böyük narahatlıq deməkdir və təkcə bu baxımdan Ermənistan üçün müsbət haldır, başqa heç nə”.

Əlavə olaraq qeyd etmək istərdim ki, bayram şousundan bir həftə keçməsinə baxmayaraq, hakimiyyət tərəfdarları, keçmiş generallar və s. Hələ də televiziya kanallarında  və mətbuatda bayram təəssüratlarından dəm vuraraq öz vətəndaşlarını çaşdirmaqda davam edirlər. Xalqı düşündürən isə başqa bir sualdır: “Əgər bu silahlar bizimdirsə, nəyə görə  aprel döyüşlərində istifadə etmədiniz? Nəticədə nə qədər itki verdik...”

 

İSMAYIL  TANRIVERDİ.                                                                                                

BDU –nun  Erməni araşdırmaları ETL-in Böyük elmi işçisi.                                

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir