Modern.az

Göygöldə dəhşətli QƏZA: toy karvanında ölən və yaralananlar var

Göygöldə dəhşətli QƏZA: toy karvanında ölən və yaralananlar var

25 Sentyabr 2016, 19:15

Bu gün Göygöl rayonunun Yeni Qızılca kəndində toy karvanında olan "VAZ 2107” markalı avtomobillə “Niva” markalı avtomobillin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

 

Apa-nın qərb bürosunun məlumatına görə, qəza zamanı “VAZ 2107” markalı avtomobilin sərnişini 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

 

Avtomobildə olan digər sərnişinlər 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. “VAZ 2107” markalı avtomobilin sürücüsü Abdullayev İtiqam qəza zamanı xəsarət almayıb.  “Niva” markalı avtomobilin sərnişinləri 1975-ci il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Kamil, o cümlədən sürücü 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

***

Göygöl rayonunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

Hadisə rayonunun Yeni Qızılca kəndində qeydə alınıb

 

Toy karvanında hərəkət edən VAZ 2107” markalı avtomob “Niva” markalı avtomobil ilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir