Modern.az

ABŞ-dakı atışmada ölənlərin sayı açıqlanıb

ABŞ-dakı atışmada ölənlərin sayı açıqlanıb

25 Sentyabr 2016, 20:16

ABŞ polisi bu gün İllinoys ştatında İllinoys Universitetinin şəhərciyi yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını təsdiq edib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, Yaralıların durumu orta ağırdır. Bir nəfər isə atəş açılan yerdən qaçarkən avtomobilə çırpılıb, yüngül xəsarət alıb.

 

Cinayətkarın saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

 

Qeyd edək ki, bundan öncə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir