Modern.az

Hələbin bombardman edilməsi nəticəsində 66 dinc sakin ölüb

Hələbin bombardman edilməsi nəticəsində 66 dinc sakin ölüb

Dünya

25 Sentyabr 2016, 20:45

Suriya və Rusiya ordusuna məxsus hərbi təyyarələrin bu gün Suriyanın Hələb vilayətini bombardman etməsi nəticəsində 66 dinc sakin ölüb. Modern.az saytı xəbər verir ki, bu barədə "Report" "Anadolu" agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər arasında xeyli sayda qadın və uşaq var. Gün ərzində davam etmiş hava hücumları zamanı daha 178 nəfər xəsarət alıb. Bombardmanların hazırda da davam etdiyi bildirilir. Agentliyin xəbərinə görə, Rusiya və Bəşər Əsədə məxsus hərbi birləşmələrin son 3 gündə təşkil etdikləri hücumlar zamanı ümumilikdə 244 mülki vətəndaş öldürülüb, 651 nəfər yaralanıb.

BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura da bildirib ki, son günlər Hələbin bombardman edilməsi nəticəsində 200-dən çox mülki sakin həlak olub. O, qeyd edib ki, son 3 gündə ölənlərin sayı 213 nəfərdən çoxdur.

BMT rəsmisi ölənlər arasında onlarla qadının və uşağın olduğunu vurğulayıb. 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar