Modern.az

"Qəbələ" yenidən liderliyə yüksəlib

"Qəbələ" yenidən liderliyə yüksəlib

25 Sentyabr 2016, 21:25

Topaz Premyer Liqasında VI turun oyunları davam edir. Modern.az saytı xəbər verir ki, bu gün daha iki oyun keçirilib. Gəncədə "Kəpəz" "Qarabağ"ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Günün ikinci oyunu Zirədə keçirilib. Ev sahibi komanda "Qəbələ"ni sınağa çəkib. Qol.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası qələbə qazanmaqla (2:0) yenidən çempionatın vahid lideri olub.

 

 

Topaz Premyer Liqası

 

VI tur

 

25 sentyabr (bazar)

 

18:00 “Zirə” - “Qəbələ” - 0:2

Qol: Teo Uiks, 19, 76

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şaiq Həmidov

Zirə İdman Kompleksinin stadionu

 

 

***

18:59

 

Topaz Premyer Liqasında VI turun oyunları davam edir.

 

Bu günə nəzərdə tutulan iki oyundan biri başa çatıb.

 

Gəncədə "Kəpəz" "Qarabağ"ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Günün ikinci oyunu Zirədə keçiriləcək. Ev sahibi komanda "Qəbələ"ni sınağa çəkəcək. Roman Qriqorçukun komandası qələbə qazanacağı halda, yenidən çempionatın vahid lideri olacaq

 

Topaz Premyer Liqası

 

VI tur

 

25 sentyabr (bazar)

 

18:00 “Zirə” - “Qəbələ” - 0:1 (Birinci hissə)

Qol: Teo Uiks, 19

 

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şaiq Həmidov

Zirə İdman Kompleksinin stadionu

 

 

15:30 “Kəpəz” - “Qarabağ” - 1:1

Qol: Dario Federiko, 54 (1:0), Reynaldo, 75 (1:1)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

 

27 sentyabr (çərşənbə axşamı)

 

19:00 “Neftçi” - “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

“Əlincə Arena”

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi