Modern.az

ABŞ-da təyyarə qəzası: 3 ölü

ABŞ-da təyyarə qəzası: 3 ölü

25 Sentyabr 2016, 22:19

ABŞ-ın Nyu-York ştatında iki yüngül mühərrikli "Cessna 140" və "Piper Cherokee" təyyarələri toqquşub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, təyyarələrin toqquşması nəticəsində 3 nəfər ölüb. Təyyarələr toqquşduqdan sonra avtomobil yollarının kəsişən hissəsinə düşüb.

 

Ölənlərin pilot olduğu deyilir. Onlar 15 il müntəzəm olaraq bu sahədə çalışıblar.

 

Hamburq aerodromunun rəis müavini Larri Uolş qəzanın səma üzrə "boş sahədə" diqqətsizlik üzündən baş verdiyini deyib. “Elə boş zonalar vardır ki, onları dəqiqləşdirmək lazımdır”-deyə o əlavə edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?