Modern.az

Yol qəzası yanğına səbəb olub  

Yol qəzası yanğına səbəb olub   

25 Sentyabr 2016, 22:40

Bakıda yol qəzası baş verib. Modern.az-ın Fövqəladə Hallar Nazrliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının  Sabunçu rayonunda vətəndaşlara məxsus "VAZ" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Yanğın nəticəsində "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir