Modern.az

Avropalı Gənclər Qubaya toplaşıblar

Avropalı Gənclər Qubaya toplaşıblar

30 Oktyabr 2009, 19:52

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Gənclər Forumu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “Gənclər işində kütləviliyin təmin olunması və gənc miqrantların gənclər təşkilatlarında iştirakının stimullaşdırılması ” adlı birgə layihə həyata keçirir.

Modern.az-a verilən məlumata görə, tədbirdə məqsəd Avropa Gənclər Forumu gənclər təşkilatlarının layihədə iştirakına nail olmaq və diqqəti gənc miqrantların, gənclər təşkilatlarının strukturlarına daxil edilməsində və onlarla əməkdaşlıq etməkdə cəmləşdirməkdir. Bu Avropa Gənclər Forumunun 2009-2010-cu illər üçün nəzərdə tutulan insan hüquqları iş planından irəli gəlir. Bu plan diqqəti xüsusən miqrantların iştirakına və qoşulmasına yönəldir.

“Gənclər işində kütləviliyin təmin olunması və gənc miqrantların gənclər təşkilatlarında iştirakının stimullaşdırılması ” adlı layihəninin rəsmi açılış mərasimi oktyabrın 30-da Quba olimpiya kompleksində keçirilib. Mərasimdə Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev,

Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov

, deputatlar Cingiz Əsədullayev, Aydın Abbasov, Əkrəm Abdullayev iştirak edib.

Tədbirə hər birindən 2 iştirakçı olmaqla 15 ölkədən 30 gənc qatılıb.

Mərasimin açılışında Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov tədbir iştirakçılarını və qonaqları salamlayaraq onları Azərbaycanın dilbər guşələrindən biri olan Qubada görməkdən şad olduğunu bildirib. Daha sonra millət vəkili iştirakçılara qonaqları təqdim edib. Fuad Muradov bele bir mötəbər tədbirin ölkəmizdə keçirilməsini Azərbaycan gəncliyinin uğuru olduğunu bildirib. Çıxışında mövzu haqqında ətraflı məlumat verən Şura sədri gələcəkdə belə tədbirlərin müsbət nəticələrindən gənclərinn bəhrələnəcəyini vurğulayıb.

İcra başçısının birinci müavini Yusif Abidov

Quba rayon rəhbəliyi adından qonaqları salamlayarq gənclərə uğurlar və işlərində müvəffəqiyyətlər arzulayıb.

Dövlət Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimov isə çıxışında gənclərin etibarlı sosial gələcəyinin təmin olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən görülmüş əməli işlərdən danışaraq Azərbaycandakı miqrasıya məsələlərindən və bu istiqamətdəki irəliləyişlərdən danışıb.

O, miqrasiya prosseslərinin sürətləndirilməsi və bu institutun inkişafı istiqamətində görülmüş işləri sadalayaraq, Azərbaycandakı miqrantların əmək, yaşayış və digər məsələlərin təkmilləşdirilməsi və asnlaşdırılması üçün ölkə başçısının 4 mart 2009 – cu il tarixli fərmanından irəli gələn vahid pəncərə sisteminin tətbiqinin zamanında atılmış addım olduğunu deyib.

Layihənin partnyoru olan Gənclər və İdman Nazirliyinin təmsilçisi Fuad Babayev təmsil etdiyi qurumun gənclər tərəfindən irəli sürülən bu cür təşəbbüslərin hər zaman dəstəklədiyini bildirib. Deyib ki, Avropa məkanının ən aparıcı gənclər qurumu olan Avropa Gənclər Forumunun və Avropa Şurası Gənclər və İdman Direktorluğunun son zamanlar məhz Azərbaycan gəncliyi ilə birgə əməkdaşlıq şəraitində həyata keçirdiyi layihələrin intensivliyini də ölkə gənclərimizin və bu sahədə fəaliyyət göstərən təşkilatların uğurudur.

Sonda deputatlar Əkrəm Abdullayev, Aydın Abbasov və Çingiz Əsədullayev miqrasiya mövzusunda ölkə rəhbərliyi, əlaqədar qurumlar və  parlament səviyyəsində görülən işlər barədə məlumat veriblər.

 
 

 

 
 
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu