Modern.az

Bakıda hind mətbəxi festivalı ...

Bakıda hind mətbəxi festivalı ...

26 Sentyabr 2016, 00:09

Bakıda hind mətbəxi festivalı keçirilib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, festivalda 2000-dən çox insan iştirak edib. Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana və Milli Məclisin deputatı Jalə Əliyeva festival çərçivəsində "Hindistan-Azərbaycan dostluğu ili"nin loqosunu qonaqlara təqdim edib. Səfir və deputat həmçinin populyar hind yeməklərinin hazırlanma reseptlərinin olduğu "Hindustani Khana" kitabını ingilis və Azərbaycan dilində təqdim ediblər.

Hind səfiri çıxışında bildirib ki, 2016-cı il hər iki ölkə üçün əhəmiyyətlidir. Çünki bu il Hindistan müstəqilliyinin 70, Azərbaycan isə 25 illiyini qeyd edib.

Diplomat həmçinin qeyd edib ki, növbəti il ərzində Hindistan Azərbaycanda bir neçə mədəni tədbir təşkil etməyi planlaşdırır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi