Modern.az

Manat ədalətli məzənnəsini tapacaq

Manat ədalətli məzənnəsini tapacaq

26 Sentyabr 2016, 13:04

Bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, manatın məzənnəsi məsələsi də öz həlli yolunu tapacaq.

 

Modern.az saytının xəbərinə görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov qeyd edib ki, bu gün Azərbaycan Mərkəzi Bankı bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir:

"Bunun üçün ilk növbədə ölkəyə valyutada daxilolmaları və ölkədən xaricə ödənişlər, yəni ölkədən çıxan valyutanın həcmi arasında tarazlıq baş verməlidir. Bu tarazlıq baş verdikdə isə hesab edirəm ki, manat öz ədalətli məzənnəsini tapacaq".

 

Nazir onu da qeyd edib ki, 2017-ci ildə Neft Fondundan dövlət büdcəsinə transfertlər 1,5 milyard manat azaldılacaq.

S. Şərifovun sözlərinə görə, 2017-ci ilin dövlət büdcəsi layihəsində neftin qiyməti 1 barelə görə 40 dollar səviyyəsində götürülüb.

 

O bildirib ki, gələn il dövlət büdcəsinin xərcləri bir qədər azaldılacaq: "Xərclərimizi gəlirlərimizə uyğunlaşdırmalıyıq. Belə ki, gəlirlərimiz xeyli azaldığına görə xərclərə qarşı siyasət də sərtləşdiriləcək".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı