Modern.az

MSK sədri: “Seçici fəallığı çox yüksəkdir”

MSK sədri: “Seçici fəallığı çox yüksəkdir”

26 Sentyabr 2016, 15:50

"5 627 seçi məntəqəsinin hamısı vaxtında açılıb. Bu, əsas tələblərdən biri idi".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

 

O, bildirib ki, bu saata qədər MSK-ya seçkiyə kölgə sala biləcək ciddi qanun pozuntusu ilə bağlı rəsmi müraciət daxil olmayıb: "Qaynar xətti"miz də daim açıqdır. Müşahidəçilər də yerlərdə sərbəst şəkildə müşahidə apara biliblər. Seçici fəallığı çox yüksəkdir. Bu da sevindiricidir. Bu fəallıq şəhərdə daha çoxdur. Adətən şəhərdə əyalətlərlə müqayisədə müəyyən qədər az olur. Lakin əvvəlki illərlə müqayisədə fəallıq var".

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub