Modern.az

Ən aktiv seçki DAİRƏSİ YENİLƏNİB

Ən aktiv seçki DAİRƏSİ – YENİLƏNİB

26 Sentyabr 2016, 16:01

Azərbaycanda keçirilən referendumda saat 15:00-a olan ən aktiv seçki dairəsinin adı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, ən aktiv seçki dairəsi 14 saylı Xəzər Seçki Dairəsidir:

"Burada 49 374 seçicidən 33198-i artıq səs verib. Bu isə qeyd olunan dairədə 67,2 faiz seçici fəallığı deməkdir".

 

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.


Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.



Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi