Modern.az

Yaponiyadakı Azərbaycan diasporuna bu şəxs rəhbərlik edəcək – FOTO

Yaponiyadakı Azərbaycan diasporuna bu şəxs rəhbərlik edəcək – FOTO

Aktual

26 Sentyabr 2016, 16:46

Dünya Azərbaycanlıları Yaponiya təmsilçiliyinin qurulması haqqında bugün Dünya Azərbaycanlıları Assambleyası rəhbərliyi qərar verib.

 

Bugün Yaponiyada nümayəndəmiz təyin olduğunu diqqətinizə çatdırmaq istərdik.

 

Əlibəy Mammadov Yaponiyada təmsilçimiz olaraq qərarlaşdırıldı. O hazırda Tokioda yaşamaqla yanaşı, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının da rəhbəridir. Hazırda Hokkaido Universitetinin doktorantura təhsili alır.

 

O , bugünə qədər Hokkaido Universitetinin əsasını həmin universitetin xarici tələbələrinin təşkil etdiyi Xarici Tələbələr Assosasiyasının rəhbəri seçilib, hazırda həmin təşkilatın fəxri prezidentidir. Bugünə qədər Yaponiyada uğurlu diaspora fəaliyyətləri ilə tanınan cənab Əlibəy Məmmədov yaponlara Azərbaycan dərsi verir. Bu dərslə yaponlar Azərbaycan haqqında məlumat alırlar.

 

Bu gündən artıq Əlibəy Məmmədov Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya təmsilçisidir.

 

 

Modern.az

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır