Modern.az

Fransa İsveçrə banklarına tələb irəli sürdü

Fransa İsveçrə banklarına tələb irəli sürdü

26 Sentyabr 2016, 16:54

Fransa hökuməti İsveçrə banklarında hesab açdıran vətəndaşlarının adlarının onlara təqdim edilməsini tələb edib.

 

Modern.az xarici KİV-ə  istinadən xəbər verir ki, Fransanın Vergilər Nazirliyi bununla bağlı İsveçrə  hökumətinə rəsmi məktub göndərib. Məktubda İsveçrə UBS bankından 45 min fransalı sahibkarın maliyyə qurumundakı göstəriciləri haqqında məlumat tələb edib.

 

Məlumata görə, Fransa hökuməti 2006 və 2008-ci illərdə ölkə ərazisində yaşamış indiki və keçmiş sahibkarların bank hesabları ilə maraqlanır. İndiyədək həmin iş adamlarından 5 mini barədə məlumat əldə olunub. Həmçinin Fransa hökuməti bu hesablarda 10 milyard avronun olduğunu bildirib.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir