Modern.az

“Taliban”ın həbsxanasından 100-dən çox adam xilas edildi

“Taliban”ın həbsxanasından 100-dən çox adam xilas edildi

26 Sentyabr 2016, 20:34

“Taliban” hərəkatının Əfqanıstanın Gilmend əyalətindəki həbsxanasında saxlanılan 100-dən çox adam azad edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, azad edilənlər arasında dinc sakinlərlə yanaşı, təhlükəsizlik xidmətinin əməkdaşları da var.

Əyaləthökumətinin nümayəndəsi Omar Zavakın verdiyi məlumata görə, xüsusi qüvvələr hücumlıa həbsxananı ələ keçirərək orada saxlanılan 101 nəfəri xilas edib.

“Taliban” həmin şəxsləri hakimiyyəti dəstəkləməkdə qınayaraq saxlayırdı.

Gilmendin paytaxtı Laşkarqah Kabuldan 555 kilometr aralıda yerləşir. Bu region Əfqanıstandakı talibançıların üç ildir mübarizə apardığı yerdir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?