Modern.az

" Xalq prezidentə etimad göstərdi”

" Xalq prezidentə etimad göstərdi”

Aktual

26 Sentyabr 2016, 20:39

“Referendum baş tutdu, xalqın böyük əksəriyyəti səs verdi. Bu, ümumxalq etimadının testi idi. Bu test kifayət qədər uğurlu oldu. Xalq cənab prezidentə etimad göstərdi”. Modern.az saytı xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Əli Əhmədov bildirib ki, bu gün referenduma çıxarılan məsələlər Azərbaycan prezidentinin apardığı uğurlu siyasətin hüquqi bazasının daha da möhkəmləndirilməsi məqsədi daşıyır: “Referendum bundan sonra bu siyasətin daha da uğurlu aparılmasına kömək edəcək. Referendum təkcə Azərbaycan xalqı tərəfindən dəstəklənməyib. Bu, beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanıb. Bizə çatan məlumat ondan ibarətdir ki, beynəlxalq müşahidəçilər də referendumun tam demokratik keçirilməsi qənaətindədirlər. Bugünkü referendum demokratik sahədə atılan uğurlu addımdır. "Exit poll"arın nəticəsinə əsasən, əhalinin böyük əksəriyyəti referendumda irəli sürülən təkliflərə müsbət rəy verib. Biz "exit-poll"ara inanırıq. Amma bütün hallarda MSK-nın açıqlayacağı nəticəni gözləyirik".

Baş nazirin müavini daha sonra qeyd edib ki, referendumdan sonra aparılacaq islahatlar, əsasən, iqtisadi sahəni əhatə edəcək: “İslahatların istisadiyyatın bütün sahələrini əhatə etməsi nəzərdə tutulur.İslahatlar sosial sahələri də geniş əhatə edəcək. Bu islahatlar imkan verəcək ki, biz  Azərbaycan vətəndaşları üçün qarşımıza qoyduğumuz bütün sosial proqramları həyata keçirə bilək".

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür