Modern.az

Britaniyada ilk evtanaziya qeydə alınıb

Britaniyada ilk evtanaziya qeydə alınıb

26 Sentyabr 2016, 21:00

Böyük Britaniyada ürəyin ən nadir xəstəliyindən əziyyət çəkən pasiyent həkimlərdən kardiostimulyatoru söndürməyi xahiş edəndən sonra ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu, Böyük Britaniyada ilk evtanaziya hadisəsidir.

71 yaşlı Nina Adamoviç hələ ötən ilin yanvar ayında həyatdan kğnüllü köçmək arzusunu bildirib. Onun sözlərinə görə, güclü əzab çəkməməkdən ötrü bu prosesi sürətləndirmək istəyib.

Tibb işçiləri pasiyentin istəyinə qulaq asaraq kardiostimulyatoru çıxarıblar. O, növbəti gün vəfat edib.

Həkimləri cinayət məsuliyyəti gözləyir. Çünki Britaniyada evtanaziyaya rəsmi razılıq verilməyib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir