Modern.az

“Günəşli” yatağında yanğın: 65 nəfər təxliyyə edilib

“Günəşli” yatağında yanğın: 65 nəfər təxliyyə edilib

Aktual

26 Sentyabr 2016, 21:12

Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR “Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb. SOCAR-dan Modern.az saytına verilən  məlumatda qeyd olunur ki, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

 

Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri  “Vixr-5” yanğınsöndürmə  gəmisinə təxliyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir