Modern.az

Ən aktiv və ən passiv seçki dairələri açıqlanıb

Ən aktiv və ən passiv seçki dairələri açıqlanıb

26 Sentyabr 2016, 21:24

Referendumda ən aktiv və ən passiv seçki dairələri açıqlanıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

 

Ən aktiv seçki dairəsi 75 saylı Lənkəran-Masallı Seçki Dairəsidir ki, burada 38654 seçicidən 30493-ü səs verib. Bu isə qeyd olunan dairədə 78,89%  seçici fəallığı deməkdir.

 

Ən passiv seçki dairəsi isə 26 Saylı Sabunçu Birinci Seçki Dairəsi olub. Burada 49268 seçicidən yalnız 27442-si səs verib. Beləliklə, bu dairədə 55,70% seçici fəallığı qeydə alınıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub