Modern.az

“Deputat onu qəzaya doğru aparan sürücüsündən inciməlidir” – Ehsan Zahidov

“Deputat onu qəzaya doğru aparan sürücüsündən inciməlidir” – Ehsan Zahidov

Aktual

26 Sentyabr 2016, 22:19

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az saytının yaydığı məsələyə aydınlıq gətirib. Ehsan Zahidov saytımıza göndərdiyi məlumatda bildirilir:

“Yol-patrul xidməti əməkdaşlarının millət vəkilləri ilə davranışları və deputatların maşınlarının yerli-yersiz, harda gəldi yol polisləri tərəfindən saxlanılması barədə hörmətli deputatımız Tahir Kərimlinin Modern.az-a verdiyi  incik dolu açıqlamanı oxuduqdan sonra bu məsələyə qısa bir aydınlıq gətirmək istədim. Əvvəla qeyd edim ki, bütün vətəndaşlarımız kimi, millət vəkillərimizin də hər birinin həyatını müxtəlif təhlükələrdən qorumaq, təhlükəsizliklərini  və getdikləri mənzil başına sağ-salamat çatmalarını təmin etmək ümumən polis əməkdaşlarının, o cümlədən yol polisinin ən ümdə vəzifələrindən biridir.  Deputatın əyləşdiyi avtomobili idarə edən sürücü özünün və sərnişininin həyatını təhlükədə qoymaqla  yol-hərəkət qaydalarını pozarkən yol polisinin əməkdaşı tərəfindən saxlanılırsa, deməli polis hansısa bir qəzanın qarşısını almış olur.  Və bununla deputatımız mənzil başına 5 dəqiqə gec çatsa da, qəzadan yayınmış olur. Hamımız şahidiyik ki, bu gün paytaxtımızın küçələrində avtomobil və insan sıxlığı var. Bu səbəbdən də yol-hərəkət qayda pozuntularının əksəriyyətinin qəza ilə nəticələnmə ehtimalı böyükdür. İkincisi, yol polisi deputatı deyil, qaydalara riayət etməyən onun sürücüsünü saxlayır. Ona görə də hörmətli Tahir müəllim onu qəzadan yayındıran polis əməkdaşını deyil, onu qəzaya doğru aparan sürücüsündən inciməlidir”.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?