Modern.az

Ərinin meyitinin qalıqlarını çamadanda aparan qadın saxlanıldı

Ərinin meyitinin qalıqlarını çamadanda aparan qadın saxlanıldı

26 Sentyabr 2016, 22:36

Avstriyanın gömrük xidməti Qratsa hava limanında çamadanında ərinin bədəninin qalıqlarını aparan Mərakeş vətəndaşını saxlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, kişinin daxili hissələri səliqəli iki konteynerə yerləşdirilibmiş.

Qadın inandırmağa çalışıb ki, əri Mərakeşdə əməliyyat zamanı ölüb. Onun sözlərinə görə, qalıqları tokikoloji araşdırmadan keçirmək üçün Avstriyaya gətirib. Polisin çağırışı ilə  gələn eklspert bəyan edib ki, kişinin bədəni bütöv halda olmasa hərtərəfli araşdırma mümkün deyil.

Meyitin qalıqları insidentlə bağlı araşdırma başaçatana qədər saxlanma yerinə göndərilib. Polis isə bəyan edib ki, qadın heç bir qanunu pozmayıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir