Modern.az

Azərbaycan mənşəli virus Çexiya futbolunu iflic etdi

Azərbaycan mənşəli virus Çexiya futbolunu iflic etdi

Dünya

26 Sentyabr 2016, 22:50

Çexiyanın “Slovan” futbol klubunun 12 futbolçusu Azərbaycanda virusa yoluxub, nəticədə komanda növbəti oyuna çıxarmaq mümkün olmayıb. Modern.az saytı xəbər verir ki,  Virtualaz.org-un məlumatına görə, “Slovan” klubu Azərbaycanın “Qarabağ” klubunun rəqibidir. Ehtimal olunur ki, komandanın üzvləri sentyabrın 15-də “Qarabağ” komandası ilə oyun üçün Azərbaycanda olarkən yoluxublar. “Slovan” klubunun birdən birə 12 futbolçusunun xəstələnməsi nəticəsində Çexiya çempionatının 8-ci turu çərçivəsində “Karvina” klubu ilə ötən şənbə günü baş tutmalı oyun təxirə salınıb.

 

“Slovan” komandasının saytında deyilir ki, futbolçularda xəstəliyin əlamətləri özünü hələ sentyabrın 19-da keçirilən matç zamanı göstərməyə başlamışdı. “Həftə ərzində situasiya yaxşılaşmadı, əksinə, pisləşdi”-məlumatda deyilir.

 

Komandanın həkimi Ladislav Dzan bildirib ki, futbolçular virus mənşəli yolxucu xəstəliyə yoluxublar.

 

“Futbolçular virusa Azərbaycanda yoluxublar. Biz iki futbolçunu “Slaviya” ilə oyun ərəfəsində itirdik, qalanları isə bu həftə xəstələndi.  Təxminən 12 il əvvəl mən gənclərdən ibarət komandanın məşqçisi olanda belə halla qarşılaşmışdım, ancaq peşəkarlardan ibarət komandada ilk dəfədir belə hal olur. “Karvina” ilə oyunu təxirə salmaqdan başqa yol yox idi, biz 12 futbolçu olmadan oynaya bilməzdik”-komandanın məşqçisi Yindrix Trpişovski bildirib.

 

Məlumata görə yerli səhiyyə rəsmiləri virusun yayılmasının qarşısını almaq üçün “Slovan” klubunu növbəti oyunlara da buraxmayıb və komanda üzvləri karantinə salınıb. Bu səbəbdən “Slovan” komandasının Avropa Liqası çərçivəsində Yunanınstanın PAOK klubu ilə oyuna çıxması sual altındadır. UEFA məsələ ilə bağlı araşdırma aparır və nəticələri bu gün açıqlamalı idi.

 

Qeyd edək ki, sentyabrın ortalarından etibarən Bakıda qrip virusunun hansısa yeni növü kütləvi yayılmaqdadır və bu virusa yoluxanlarda yuxarı tənəffüs orqanlarının kəskin iltihabı, qızdırma, öksürək, baş ağrısı kimi əlamətlər özünü göstərməkdədir. Azərbaycanın səhiyyə rəsmiləri hələlik ölkədə yeni virusun kütləvi yayılması ilə bağlı vəziyyətə şərh verməyiblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!