Modern.az

MBD PA-nın müşahidə missiyası referenduma görə müşavirə keçirdi

MBD PA-nın müşahidə missiyası referenduma görə müşavirə keçirdi

27 Sentyabr 2016, 10:07

MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçilər missiyasının üzvləri Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendumun) monitorinqinin nəticələrinə dair müşavirə keçiriblər.

 

Modern.az-ın xəbərinə görə, görüş zamanı iştirakçılar Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən seçki məntəqələrində səsvermənin gedişinin monitorinqi üzrə təəssüratlarını bölüşüb.

 

MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) direktoru Dmitri Qladey müşahidəsi əsasında apardığı qeydləri, eləcə də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum üzrə monitorinq barədə informasiya təqdim edib.

 

Müşavirə iştirakçıları monitorinq nəticələrinə dair yekun sənədi müzakirə edib və sənəd qəbul edilib.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir