Modern.az

"Donuz qripi" təhlükəsi ilə bağlı cəzaçəkmə yerləri və hərbi hissələrdə də əlavə tədbirlər görülür

"Donuz qripi" təhlükəsi ilə bağlı cəzaçəkmə yerləri və hərbi hissələrdə də əlavə tədbirlər görülür

Ölkə

30 Oktyabr 2009, 21:19

Azərbaycana qonşu olan Rusiya, İran, Türkiyədə son günlər “donuz qripi”nə yoluxan insanların sayının artması, və çoxsaylı  ölüm hallarının baş verməsi, bu təhlükənin respublikamızın sərhədlərinə yaxınlaşmasından xəbər verir.

Modern.az xəbər verir ki, “donuz qripi” ilə bağlı dünyada olan epidemioloji vəziyyət Səhiyyə Nazirliyini respublikamızda profilaktik işləri gücləndirməyə məcbur edib. Azərbaycanda hazırda virusun daşıyıcısı olmasa da, nazirlik hər ehtimala qarşı iri şəhərlərdə yerləşən ümumtəhsil məktəblərində dezinfeksiya işi aparmaq qərarına gəlib.

Səhiyyə Nazirliyinin idarəsinin rəisi Viktor Qasımov bildirib ki, şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə şəhərlərində orta məktəblərdə dezinfeksiya işi həyata keçiriləcək.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, dezinfeksiya işləri paytaxtdakı 326 orta məktəbi əhatə edəcək.

Modern.az-a daxil olan məlumata görə, həftəsonu Azərbaycandakı cəzaçəkmə müssisələrində və hərbi hissələrdə də sanitar-gigiyenik qaydalara nəzarət baxımından əlavə tədbirlər görüləcək, dezinfeksiya işləri həyata keçiriləcək, bu obyektlərdə yaşayanların müayinəsinə diqqət artırılacaq. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir