Modern.az

Sarkisyan iqtidarında SAVAŞ: Nalbandyan Rusiya vasitəsi ilə məsələni öz xeyrinə həll edib

Sarkisyan iqtidarında SAVAŞ: Nalbandyan Rusiya vasitəsi ilə məsələni öz xeyrinə həll edib

Dünya

27 Sentyabr 2016, 10:37

Ermənistan hakimiyyəti xarici siyasət sahəsində balans qurmaq məqsədi ilə xarici işlər naziri və ya müdafiə naziri postunda dəyişiklik etmək istəyir.

 

Hökumət Rusiyanın təsir dairəsində olmayan şəxslərdən birini bu iki nazirlikdən birinə rəhbər təyin etmək istəyir.

 

Modern.az saytının xəbərinə görə, bu haqda “Aykakan Jamanak” nəşri məlumat yayıb.  

 

Ermənistan KİV-lərində bundan əvvəl yazırdılar ki, ölkənin Prezident Administrasiyasının rəhbəri Viqen Sarkisyan tezliklə ya müdafiə naziri, ya da xarici işlər naziri təyin ediləcək.

 

Qəzetin iddiasına görə, xarici işlər naziri Edvard Nalbandyan Rusiya vasitəsi ilə özünün yenidən bu postda qalması məsələsini həll etməyi bacarıb.

 

Buna görə də, ehtimal olunur ki, prezident Serj Sarkisyan Viqen Sarkisyanı müdafiə naziri təyin etməyə hazırlaşır.

“Əgər hazırkı müdafiə naziri Seyran Ohanyan Rusiyanın köməyi ilə öz vəzifəsində qalmağı bacarmayacaqsa, Viqen Sarkisyan bu vəzifəyə gətiriləcək”,-deyə nəşr yazıb.

 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı