Modern.az

AŞPA-dan referendumla bağlı ilkin RƏY

AŞPA-dan referendumla bağlı ilkin RƏY

27 Sentyabr 2016, 11:31

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sentyabrın 26-da Azərbaycanda keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski açıqlama verib.

 

Modern.az xəbər verir ki, o, heyətin ilkin rəyini açıqlayıb.

“Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik. AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib. Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur.

 

Səsvermə prosesi yaxşı təşkil olunub, şəffaf, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq.

 

Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir”,-deyə o bildirib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər