Modern.az

Rəisin şikayəti ilə cəzalandırılan jurnalistin vəsatəti təmin edilmədi

Rəisin şikayəti ilə cəzalandırılan jurnalistin vəsatəti təmin edilmədi

Aktual

27 Sentyabr 2016, 11:36

Jurnalist, "azpolitika.info" saytının baş redaktoru Elnur Məhərrəmlinin Bakı şəhər BDYPİ-nin rəisi Nuşirəvan xüsusi ittihamı əsasında Xətai rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli hökmü ilə CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək 1 il, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilməsi barədə hökmdən verdiyim apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə baxılıb.

 

Bu haqda Modern.az-a məlumat verən vəkil Elçin Sadıqov deyib ki, şikayət  Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) rəisi Nuşirəvan Səfərovun xüsusi ittihamı əsasında Xətai rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək 1 il, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilməsi barədədir.

 

Məhkəmə hakim Faiq Qasımovun sədrliyi ilə keçirilib:

 

“Hakim Nuşirəvan Səfərovun məhkəməyə gətirilməsi barədə vəsatətimi təmin etmədi.

 

Daha sonra Xətai rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli hökmünü qüvvədə saxladı. Qərar qanunsuz və əsassız olduğu üçün kassasiya şikayəti verəcəyik və kassasiya şikayətimiz təmin olunmadığı təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik.

 

Söz azadlığına qarşı cinayət sanksiyasının tətbiq edilməsi birmənalı şəkildə Konvensiyanın ifadə azadlığına təminat verən 10-cu maddəsinə ziddir”.

 

Gülşən RAUFQIZI

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı