Modern.az

Dünyada müalicə üçün ən çox gedilən ölkələr - REYTİNQ

Dünyada müalicə üçün ən çox gedilən ölkələr - REYTİNQ

27 Sentyabr 2016, 12:33

Beynəlxalq Tibbi Araşdırmalar Mərkəzi (IHRC) dünyada tibb turizminin ən çox inkişaf etdiyi 41 ölkədən ibarət reytinq siyahısı tərtib edib.

 

Modern.az təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, reytinq tərtib olunan zaman 34 meyar 3 əsas qrup üzrə tibb xidmətlərinin keyfiyyəti, ölkədə tibb turizmi sənayesinin inkişaf səviyyəsi (qiymətlər, vasitəçilərin rolu) və ətraf mühit (təhlükəsizlik, mədəni istirahət, yaşayış şərtləti və a.) əsas götürülüb.

 

İHRC-ın fikrincə, müalicə və tibb turizmi üçün əsas əlverişli ölkə 76,62 xalla Kanadadır. Bu ölkəyə hər il 35 milyon insan müalicəyə gedir.

 

Daha sonrakı pillələrdə 74,87 xalla Böyük Britaniya (2), 73,91 xalla İsrail (3), 73,23 xalla Sinqapur (4), 72,56 xalla Hindistan (5), 71,90  xalla Almaniya (6), 71,22 xalla Fransa (6), 70,16 xalla Cənubi Koreya (8), 69,50 xalla İtaliya (9) və 69,48 xal qazanmış Kolumbiya (10) yer alıb.

 

Misir 28-ci, Qətər 30-cu, Türkiyə 32-ci, İordaniya 33-cü, Rusiya 34-cü, Livan 40-cı və İran 41-ci pillədə yer alıb.

 

Diqqət çəkən məqamlardan biri Azərbaycan vətəndaşlarının müalicə üçün tez-tez üz tutduqları İran İslam Respublikasının reytinqdə yer almasıdır.

 

Statistikaya görə, ötən il bu ölkəyə 5 milyondan artıq insan müalicə məqsədilə səfər edib.

 

“İranda səhiyyə sisteminin 3 onurğa sütunu var: dövlət səhiyyə sistemi, özəl səhiyyə sistemi və qeyri-hökumət təşkilatları. Ölkədə həm özəl, həm də dövlət xəsətxanalarında, klinikalarında yüksək səviyyəli tibb xidməti buraya Türkiyə, Oman, İraq, Pakistan və Azərbaycan kimi ölkələrdən çoxsaylı insanların müalicə arxasınca gəlməsini təmin edir”.

 

  

Vüqar İSMAYILOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi