Modern.az

Havalar pisləşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Havalar pisləşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

27 Sentyabr 2016, 12:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında   sentyabrın 28-dən 29-u gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, sentaybrın 29-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

            
Azərbaycanın rayonlarında sentyabrın 28-dən oktyabrın 02-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir