Modern.az

Azərbaycanda yol TERRORU: 6 ölü, 5 yaralı

Azərbaycanda yol TERRORU: 6 ölü, 5 yaralı

Aktual

27 Sentyabr 2016, 13:12

Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən, sentyabrın 26-da respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Modern.az hadisələrin xronologiyasını təqdim edir. 


Sentyabrın 24-də saat 19 radələrində Sabirabad şəhərində rayon sakini Xalid Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Səbuhi İsgəndərovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 26-da orada ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Sentyabrın 26-da saat 08 radələrində Yardımlı rayonunun Ləzran kəndində rayon sakini Zakir Nəzərov idarə etdiyi “QAZ-53A” markalı avtomobili dərəyə aşırıb. Sürücü hadisə yerində ölüb.
Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.

Sentyabrın 26-da saat 11 radələrində Beyləqan rayonunun Aşıqlı kəndində rayon sakini Elgün Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub və sonradan avtomobil aşıb. Nəticədə  E.Allahverdiyevin sərnişinlərindən həmyerlisi Elvin Məmmədov hadisə yerində ölüb, özü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Sentyabrın 26-da saat 20 radələrində Kəpəz rayonunun Poçt qəsəbəsində Gəncə şəhər sakini Elxan Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini Vaqif Sadıqovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Sentyabrın 26-da saat 10 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Asim İbrahimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı yol ayırıcısına vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Tural Ağazadə orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sentyabrın 26-da saat 16 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Mehman Musayev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən şəhər sakini 86 yaşlı Müseyib Vəliyevi vurub. Piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Sentyabrın 26-da saat 18 radələrində Binəqədi qəsəbəsində Abşeron rayon sakini Elmir Gülmalıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ağaşirin Məlikovu və Kəmalə Quliyevanı vurmuşdur. K.Quliyeva xəstəxanaya aparılarkən yolda ölüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır