Modern.az

Dopinqlə mübarizə üçün yeni qanun LAYİHƏSİ

Dopinqlə mübarizə üçün yeni qanun LAYİHƏSİ

27 Sentyabr 2016, 13:31

 

"Azərbaycanda ilk dəfə olaraq İdmanda dopinq vasitələrinin istifadədəsinə qarşı mübarizə haqqında" yeni qanun layihəsi hazırlanıb.

Modern.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Gənclər və İdman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov məlumat verib.

Deputat bildirib ki, bu günə qədər Azərbaycanda bu sahədə qanun olmayıb:

 

“Uzun müddətdir ki, Azərbaycanda dopinq vasitələrinin istifadəsinə qarşı mübarizə gedir. Amma bu günə qədər bizim dopinqə qarşı mübarizə ilə bağlı milli qanunumuz olmayıb.

 

Dopinqlə mübarizə üçün qanunun yaradılması ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə işçi qrupu da yaradılıb. Bu gün Beynəlxalq Dopinq Agentliyinə üzv olan ölkələrin hər biri agentliyin və bu sahədə mövcud olan beyxəlxalq qanunvericilik bazasından istifadə edir”.

 

Fuad Muradov söyləyib ki, Azərbaycan doppinqə qarşı mübarizə sahəsində yeni qanunun qəbulunda ciddidir.

Komitə sədri həyəcan təbili çalaraq vurğulayıb ki, bu gün Azərbaycanda da dopinq istifadəçilərinin yaşı getdikcə aşağı düşür:

 

“Biz doppinqə qarşı mübarizə ilə bağlı Azərbaycanda ilk dəfə qanunun qəbul olunmasında çox israrlıyıq. Bu məsələ Milli Məclisin payız sessiyasında öz həllini tapacaq.

 

Dopinqə qarşı mübarizə Azərbaycan gənclərinin həyatı ilə bağlı çox mühüm məsələdir. Çünki bu gün dünyada və Azərbaycanda dopinq istifadəçilərinin yaşı gəncləşməkdədir.

Bu da inkiçak etməkdə olan gənc idmançıların və gənclərin fiziki inkişafına çox böyük təhlükədir”.

 

Yeni qanunun yaradılması ilə bağlı komitə sədrinin təklifi müsbət qarşılanıb. Qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirə olunması tövsiyə olunub.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi