Modern.az

Bu gecə Çempionlar Liqasında II tur başlayacaq

Bu gecə Çempionlar Liqasında II tur başlayacaq

27 Sentyabr 2016, 13:56

Sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək.

Modern.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma olacaq.

“F” qrupunun mərkəzi görüşündə Dortmund “Borussiya”sı İspaniyanın “Real Madrid” klubu ilə qarşılaşacaq. Qrupun digər oyununda isə Portuqaliyanın “Sportinq” klubu Polşa “Legiya”sını qəbul edəcək.

“E” qrupunda Rusiya MOİK-i İngiltərənin “Tottenhem” klubu ilə üz-üzə gələcək. Paralel matçda qrup lideri Fransanın “Monako” klubu bir xalı olan Almaniyanın “Bayer” komandası ilə üz-üzə gələcək.

“H” qrupunda “Sevilya” “Lion”u qəbul edəcək, ”Yuventus” Zaqrebdə “Dinamo”nun qonağı olacaq.

“G” qrupunda son İngiltərə çempionu “Lester” isə “Porto” ilə münasibətlərə aydınlıq gətirəcək. Eyni qrupda həm də “Kopenhagen” (Danimarka) və “Brügge” (Belçika) komandaları görüşəcək.

Turun qalan matçları isə sabah oynanılacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir