Modern.az

Jirinovski deputat mandatından imtina etdi

Jirinovski deputat mandatından imtina etdi

27 Sentyabr 2016, 14:30

Saratov şəhər dumasına seçkilərdə siyahıya rəhbərlik edən Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri VladimirJirinovski deputat mandatından imtina edib. 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Jirinovski yerini RLDP-dən olan silahdaşı Anton İşenkoya güzəştə gedib. 

Bundan əvvəl “Vahid Rusiya”nın şəhər dumasına seçkilərdə siyahısında birinci olan Saratov vilayətinin qubernatoru Valeri Radaev də deputat mandatından imtina edib. 

Saratov şəhər dumasına seçkilər sentyabrın 18-də keçirilib. Beş illiyə 41 deputat seçilib. Onların 20-si birmandatlı dairələrdə, qalanı partiya siyahısı ilə mandat qazanıblar. 

Şəhər seçki komissiyasının məlumatına görə, “Vahid Rusiya” 33 mandat əldə edib. Qalan yerlər belə bölüşdürülüb: Rusiya Kommunist Partiyası – iki, RLDP və “Ədalətli Rusiya”nın hərəsi bir. 

Daha dörd mandatı birmandatlı dairələrdən namizədliklərini müstəqil irəli sürənlər əldə ediblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır