Modern.az

Dünyada və Azərbaycanda ən çirkli havası olan bölgələr - Beynəlxalq HESABAT

Dünyada və Azərbaycanda ən çirkli havası olan bölgələr - Beynəlxalq HESABAT

Mədəni̇yyət

27 Sentyabr 2016, 15:11

Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrində ətraf mühitin çirklənməsi ilə bağlı yeni hesabat yayımlayıb. Hesabatda dünya əhalisinin 92%-nin havanın çirkləndiyi bölgələrdə yaşadığını müəyyən edib.

 

Modern.az Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytına istinadən xəbər verir ki, hər il dünyada havanın çirklənməsi 11 milyondan artıq insanın (ölən insanların 11%-nin) ölümünə yol açır. Bu zaman insanlar daha çox infeksiya xəstəliklərindən deyil, ürək-damar problemlərindən, insultdan və ağciyər xərçəngindən keçinirlər.

 

Hava çirklənməsinin əsas səbəbləri qeyri-effektiv nəqliyyat, tullantıların yandırılması, kömürlə işləyən elektrik stansiyaları və sənaye fəaliyyətidir.

Təşkilat dünyanın 3000 ayrı-ayrı bölgəsindən peyk şəkilləri çəkib və hava analizləri götürərək planetin hava təmizliyini əks etdirən interaktiv cədvəlini hazırlayıb.

 

Hesabatda havanın hər 1 kub metrinə düşən zərərli maddələrin mikroqramları (bərk hissəciklərin) təsvir olunub. Belə ki, interaktiv xəritədə yaşıl rəngdə təsvir olunan bölgələr havanın ekoloji baxımdan təmiz olduğu yerlərdir. Belə ərazilərdə havanın hər 1 kub metrində 10 mikorqamdan az zərərli maddə var.

Sarı rəngə boyanmış regionlar da nisbətən təmiz sayılır, bu bölgələrdə isə havanın hər 1 kub metrinə 11-15 mikroqram zərərli orqanizm düşür.

Narıncı rəngli ərazilərdə bu göstərici (16-25 mikroqram), qırmızı rəngli bölgələrdə 26-35 mikroqram, tünd qırmızı ərazilərdə 36-69 mikroqram və tünd-çəhrayı ərazilərdə isə 70 mikroqramdan çoxdur.

 

Azərbaycan ərazisi interaktiv cədvəldə əsasən narıncı və qırmızı rənglərlə təsvir olunub. Naxçıvanın Ermənistanla sərhəd boyu əraziləri, Qarabağın Dağlıq hissəsi, Qazax-Ağstafa-Goranboy-, Şəki-Zaqatala və Quba-Qusar bölgəsi Azərbaycanda havanın ən təmiz olduğu (hər 1 kubmetr havaya 16-25 mikroqram zərərli maddə) regionlarıdır.  İşğal altındakı Şuşa şəhəri isə yeganə yerdir ki, orada havanın təmizliyi maksimal sarı rənglə göstərilib və 1 kub metr havaya 11-15 mikroqram zərərli maddənin olduğu deməkdir.

İnteraktiv cədvəldə Ələt qəsəbəsi, Neftçala və Ağcabədi rayonları yerləşən bölgələr tünd qırmızı rəngdə təsvir olunub. Bu isə həmin ərazilərdə havanın çox çirkləndiyini və 1 kub metr havada 26-35 mikroqram zərərli maddənin olduğu deməkdir.

İstənilən şəxs //maps.who.int/airpollution/ ünvanından dünyanın hava təmizliyin göstərən interaktiv xəritəsini izləyə bilər.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır